Bakı. 12 aprel. REPORT.AZ/ Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov İlham Əliyevi yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik edib.
Bu barədə "Report" Qırğızıstan KİV-inə istinadən xəbər verir.
"Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə səmimi və ürəkdən gələn təbriklərimi qəbul edin!" - təbrikdə deyilir.
S.Jeenbekov vurğulayıb ki, İlham Əliyevin inamlı qələbəsi Azərbaycan xalqının Prezidentin ölkənin sabit və hərtərəfli inkişafına yönəlmiş kursuna tam inanmasının göstəricisidir.
O, həmçinin birgə səylər nəticəsində Qırğızıstan-Azərbaycan əlaqələrinin qarşılıqlı hörmət və inam əsasında daha da güclənəcəyinə, dərinləşəcəyinə əminliyini ifadə edib.