Qida Təhlükəsizliyi Agentliyinin sədri Salyan sakinləri ilə görüşüb

Qida Təhlükəsizliyi Agentliyinin sədri Salyan sakinləri ilə görüşüb Bakı. 18 iyun. REPORT.AZ/ Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Salyan sakinləri ilə görüşüb
Daxili siyasət
618
18 İyun , 2018 16:10
Qida Təhlükəsizliyi Agentliyinin sədri Salyan sakinləri ilə görüşüb

Bakı. 18 iyun. REPORT.AZ/ Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Salyan sakinləri ilə görüşüb

“Report”a daxil olan məlumata görə, o, əvvəlcə Salyan şəhərində fəaliyyət göstərəcək Regional Mərkəzin iş şəraitinə yerində baxış keçirib. 

Həmçinin Salyan Zona Baytarlıq Laboratoriyasının fəaliyyəti, maddi-texniki bazası və əməkdaşların bilik səviyyəsi ilə tanış olan Agentlik sədri aparılan laborator müayinələr zamanı şəffaflığın qorunması üçün həyata keçiriləcək tədbirlərdən danışıb, bununla bağlı olaraq vahid elektron bazanın yaradılmnasının vacibliyini vurğulayıb.

Daha sonra Q.Təhməzli Salyan Rayon İcra Hakimiyyətinin inzibati binasında sakinlərlə görüşüb. Görüşə gələn vətəndaşlar əsasən agentliyin yerli bölmələrində ixtisasa uyğun işlə təmin olunma və digər məsələlərlə bağlı müraciətlər ediblər.

Agentlik sədri tərəfindən qəbul edilən 48 vətəndaşın müraciətləri ilə bağlı aidiyyəti bölmələrin rəhbərlərinə tapşırıqlar verilib.

Son xəbərlər

Orphus sistemi