QHT-lərə Dövlət Dəstəyi Şurasının yaranmasının 10 illiyi münasibətilə yubiley mərasimi keçirilib

QHT-lərə Dövlət Dəstəyi Şurasının yaranmasının 10 illiyi münasibətilə yubiley mərasimi keçirilib Bakı. 22 iyun. REPORT.AZ/ Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaranmasının 10 illiyi münasibətilə yubiley mərasimi keçirilib.
Daxili siyasət
22 İyun , 2018 19:48
QHT-lərə Dövlət Dəstəyi Şurasının yaranmasının 10 illiyi münasibətilə yubiley mərasimi keçirilib

Bakı. 22 iyun. REPORT.AZ/ Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaranmasının 10 illiyi münasibətilə yubiley mərasimi keçirilib.

“Report”un xəbərinə görə, mərasimdə hökumət rəsmiləri, Milli Məclisin deputatları, diplomatik korpusun nümayəndələri, kütləvi informasiya vasitələrinin rəhbərləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Çıxış edən Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev deyib ki, Şura dövlətlə vətəndaş cəmiyyət arasında körpü rolunu oynayır. O xatırladıb ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradılana qədər qeyri-hökumət təşkilatlarına münasibət müsbət deyildi, qurum yaradıldıqdan sonra bu problemlər aradan qaldırıldı, etimad mühiti gücləndirildi.

A.Quliyev qeyd edib ki, Azərbaycanın əsas problemlərindən biri Dağlıq Qarabağın işğalı ilə bağlıdır: “Qeyri-hökumət təşkilatları bu istiqamətdə addımlar atır, xarici auditoriyaya torpaqların işğal faktorunu çatdırır”.

Sonra Şuranın fəaliyyəti ilə bağlı video-çarx təqdim olunub.

Şura sədri bu sahədə əldə edilən uğurlara görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. O, bundan sonra da əzmlə çalışacaqlarını diqqətə çatdırıb.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxışı zamanı deyib ki, Şura 10 ildə ciddi işlər görüb. O qeyd edib ki, Prezident İlham Əliyev qeyri-hökumət təşkilatlarının inkişafına xüsusi önəm verir.

Milli Məclis sədrinin müavini Bahar Muradova çıxışı zamanı bildirib ki, Azərbaycan hökuməti QHT-lərə həmişə dəstək verir: “Azərbaycan dövləti vətəndaş cəmiyyətinə maliyyə yardımı edir. Burada qəbahət yoxdur. Milli maraqlarına xidmət baxımından bu addım tam doğrudur”.

Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib.

Son xəbərlər

Orphus sistemi