QHT-lərə Dövlət Dəstəyi Şurasının rəhbərliyinə seçkilərin nəticələri açıqlanıb

QHT-lərə Dövlət Dəstəyi Şurasının rəhbərliyinə seçkilərin nəticələri açıqlanıb Azay Quliyev yenidən sədr seçilib
Daxili siyasət
22 Aprel , 2016 14:16
QHT-lərə Dövlət Dəstəyi Şurasının rəhbərliyinə seçkilərin nəticələri açıqlanıb

Bakı. 22 aprel. REPORT.AZ/ Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının yeni tərkibdə ilk iclası keçirilib.

Şuradan "Report"a verilən məlumata görə, aprelin 22-də keçirilən iclasda təşkilati məsələlərə baxılıb. QHT-lərə Dövlət Dəstəyi Şurasının əvvəlki sədri, deputat Azay Quliyev yenidən Şura sədri seçilib.

Vüsal Quliyev Şuranın sədr müavini, Nərgiz Eyvazova isə katibi seçilib.

A.Quliyev Şura üzvləri adından göstərdiyi yüksək etimada görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Xatırladırıq ki, Prezident İlham Əliyevin aprelin 20-də imzaladığı sərəncamla Vüsal Quliyev, İlqar Məmmədov, Zakir Hacıyev, Sahib Məmmədov, Nərgiz Eyvazova, Emin Həsənli, Rufiz Qonaqov, Azay Quliyev, Şahin İsmayılov, Anar Xəlilov və Əliməmməd Nuriyev Şuraya üzv təyin olunublar.

Son xəbərlər

Orphus sistemi