QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihələrin sayı açıqlanıb

QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihələrin sayı açıqlanıb ​Şura Katibliyinin toplantısında 2014-cü ilin dördüncü rübünə yekun vurulub
Daxili siyasət
25 Dekabr , 2014 18:19
QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihələrin sayı açıqlanıb

Bakı. 25 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin 2014-cü ilin dördüncü rübü və ilin yekunları ilə bağlı toplantısı keçirilib. Şuranın mətbuat xidmətindən “Report”a daxil olan məlumata görə, toplantını şura sədri, millət vəkili Azay Quliyev açaraq hər rübün sonunda Katibliyin fəaliyyətinin təhlil edilərək qiymətləndirildiyini bildirib. Azay Quliyev 2014-cü ilin rəhbərlik etdiyi qurumun fəaliyyətində uğurlu il olduğunu, şuranın ölkə daxilində və xaricdə Azərbaycanın milli maraqlarının müdafiəsinə həsr olunan çoxsaylı uğurlu layihələr həyata keçirdiyini deyib. 2014-cü il ərzində vətəndaş cəmiyyəti institutlarının fəaliyyətində boşluqların aradan qaldırılması, effektivliyin artırılması, şəffaflığın təmin olunması istiqamətində qanunvericiliyə edilən dəyişikliklərin şuranın da üzərinə mühüm vəzifələr qoyduğunu bildirib. Azay Quliyev şuranın büdcəsinin və səlahiyyətlərinin artırılması ilə bağlı Prezident İlham Əliyevin il ərzində bir neçə sərəncam imzalamasını QHT sektoruna böyük diqqət və etimad nümunəsi adlandırıb.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov 2014-cü ildə şuranın üzərinə düşən vəzifələri uğurla həyata keçirdiyini qeyd edib.

Şura Katibliyinin hüquqşünası Fərid Rüstəmov 2014-cü il ərzində milli QHT-lərin 386 layihəsinin maliyyələşdirildiyini deyərək və onların icra vəziyyəti haqqında məruzə edib.

Şuranın mətbuat xidmətinin rəhbəri Elməddin Behbud, Katibliyin beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Mustafa Qurbanlı, “Vətəndaş cəmiyyəti” jurnalının baş redaktoru Səfər Alışarlı, qhtxeber.az saytının baş redaktoru Sənan Nəcəfov, Katibliyin məsləhətçisi Cəmilə Əliyeva çıxış edərək təmsilçisi olduqları sahənin fəaliyyəti haqqında hesabatla çıxış ediblər.

Toplantının sonunda Şura Katibliyinin əməkdaşları Gülnarə Cəfərova, Həsən Səmədov, Elnur Bağırlı, Mustafa Qurbanlı, Tural Hüseynli, Emin Məmmədov, Xanım Cəbrayılova, Şahin Məhərrəmov, Nigar Ağakişiyeva, Cəmilə Əliyeva və Amid Mirzəyev xidmətdə fərqləndiklərinə görə fəxri fərmanla təltif ediliblər.

Son xəbərlər

Orphus sistemi