QHT-lərə Dövlət Dəstəyi Şurası ikinci maliyyə müsabiqəsinin nəticələrini təsdiqləyib

QHT-lərə Dövlət Dəstəyi Şurası ikinci maliyyə müsabiqəsinin nəticələrini təsdiqləyib Şuranın Apellyasiya Komissiyasının yeni tərkibi də müəyyən edilib
Daxili siyasət
8 İyun , 2016 16:44
QHT-lərə Dövlət Dəstəyi Şurası ikinci maliyyə müsabiqəsinin nəticələrini təsdiqləyib

Bakı. 8 iyun. REPORT.AZ/ Azərbaycan Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib.

Qurumun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, şura sədri, millət vəkili Azay Quliyev gündəliyə şuranın 2016-cı il 2-ci qrant müsabiqəsinin yekunları, Apelyasiya Komissiyasının qərarlarının icrası, şuraya təqdim olunan müsabiqədənkənar layihələr barədə, 2016-cı il 3-cü qrant müsabiqəsi elanı və “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı Şuranın 2016-cı il üzrə iş planının müzakirəsi məsələlərinin daxil edilməsini təklif edib. Gündəlik təsdiq olunub.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov gündəliyin 1-ci məsələsi ilə əlaqədar bildirib ki, aprel 5-də elan olunan və 14 mövzunu əhatə edən 2-ci qrant müsabiqəsinə QHT-lər tərəfindən 295 layihə təklifi daxil oldub. Onlardan 21-i təşkilatın qanuni təmsilçisinin səlahiyyət müddətinin bitməsi, layihə təkliflərinə tələb olunan sənədlərin edilməməsi və digər bu kimi çatışmazlıqlara görə seleksiyadan keçməyib. 274 layihə isə Şura tərəfindən ekspertizaya təqdim edilib. Hər bir layihənin 3 müxtəlif ekspert tərəfindən qiymətləndirildiyini qeyd edən icraçı direktor 123 layihənin keçid balı topladığı üçün maliyələşdirilməsini təklif edib.

F.Qurbanov 2016-cı il 1-ci qrant müsabiqəsində qalib gələn 3 QHT-nin müraciətlərini və müqavilə öhdəliklərini icra edə bilmədiklərini nəzərə alaraq, onların layihələrinin maliyələşdirilməsi haqqında Şuranın qəbul etdiyi qərarın ləğv edilməsi barədə məsələ qaldırıb.

Katibliyin icraçı direktoru 2016-cı il 1-ci qrant müsabiqəsinin nəticələrindən narazı olan və Apellyasiya Komissiyasına müraciət edən QHT-lərdən 8-nin layihəsini maliyələşdirilməsinə Komissiyanın müsbət rəy verdiyini deyib.

F.Qurbanov 2016-cı il 3-ci qrant müsabiqəsinin mövzuları haqqında ətraflı məlumat verərək məsələ ilə bağlı müsbət qərar qəbul olunacağı halda Şuranın cari ildə elan etdiyi hər 2 maliyyə müsabiqəsində layihələri keçid balı toplamayan QHT-lərə yeni bir imkan yaradılacağını bildirib.

İclasda həmçinin Apellyasiya Komissiyasının (Emin Həsənli, Sahib Məmmədov, Nərgiz Xələf, Rauf Məcidbəyli, bir QHT və bir jurnalist) yeni tərkibi müəyyən edilib.

İclasın gündəliyində olan bütün məsələlər ayrılıqda səsə qoyularaq qəbul edilib.

Son xəbərlər

Orphus sistemi