Qeyri-müntəzəm sərnişin daşımalarını həyata keçirən avtonəqliyyat vasitələri taxoqrafsız hərəkət edə bilərlər

Qeyri-müntəzəm sərnişin daşımalarını həyata keçirən avtonəqliyyat vasitələri taxoqrafsız hərəkət edə bilərlər Bakı. 23 noyabr. REPORT.AZ/ Nazirlər Kabineti “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda dəyişiklik edib.
Daxili siyasət
23 Noyabr , 2018 10:30
Qeyri-müntəzəm sərnişin daşımalarını həyata keçirən avtonəqliyyat vasitələri taxoqrafsız hərəkət edə bilərlər
0 : 00
0 : 00

Bakı. 23 noyabr. REPORT.AZ/ Nazirlər Kabineti “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda dəyişiklik edib.

“Report” xəbər verir ki, sənədi Baş nazir Novruz Məmmədov imzalayıb.

Dəyişikliyə əsasən, qaydaların 8-ci (avtomobil nəqliyyatı ilə qeyri-müntəzəm sərnişin daşımaları) maddəsinin 2.6-cı bəndi ləğv edilib.

Bu bənd qeyri-müntəzəm sərnişin daşımalarını həyata keçirən avtonəqliyyat vasitələrinin taxoqrafla təchiz edilmə tələbini müəyyənləşdirirdi.

Qaydaların 14-cü (avtomobil daşıyıcısının, avtomobil daşımaları sifarişçisinin, sürücünün, habelə sərnişinin və avtomobil daşımaları təşkilatçısının məsuliyyəti) maddəsinə əsasən, indiyədək Beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin daşımalarını təşkil edən daşıyıcılar və yerinə yetirən sürücülər müvafiq daşımaların taxoqraf olmadan, habelə taxoqrafın yoxlanması haqqında şəhadətnamə və ya müvafiq möhür olmadan, yaxud yoxlanma müddəti bitmiş və ya plomblanması pozulmuş, tamamilə və ya hər hansı funksiyası işləməyən taxoqrafla, taxoqrafın qeydiyyata aldığı məlumatlar saxtalaşdırılmaqla yerinə yetirilməsinə görə məsuliyyət daşıyırdılar. Hazırda isə bu müddəada dəqiqləşdirmə aparılıb. Belə ki, bundan sonra bu işi ümumi istifadədə olan avtonəqliyyat vasitələri ilə həyata keçirənlər məsuliyyət daşıyacaqlar.

Son xəbərlər

Orphus sistemi