Qeyri-Hökumət Təşkilatlarna Dövlət Dəstəyi Şurası ona ayrılan vəsaitin artırılmasını istəyir

Qeyri-Hökumət Təşkilatlarna Dövlət Dəstəyi Şurası ona ayrılan vəsaitin artırılmasını istəyir Bakı. 26 yanvar. REPORT.AZ/ Hesab edirəm ki, Qeyri-Hökumət Təşkilatlarna Dövlət Dəstəyi Şurasına indi ayrılan vəsaitdən ən azı 3-4 dəfə çox vəsait ayrılmalıdır.
Daxili siyasət
26 Yanvar , 2018 12:05
Qeyri-Hökumət Təşkilatlarna Dövlət Dəstəyi Şurası ona ayrılan vəsaitin artırılmasını istəyir
Azay Quliyev

Bakı. 26 yanvar. REPORT.AZ/ "Hesab edirəm ki, Qeyri-Hökumət Təşkilatlarna Dövlət Dəstəyi Şurasına indi ayrılan vəsaitdən ən azı 3-4 dəfə çox vəsait ayrılmalıdır."

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qurumun sədri Azay Quliyev deyib.

O bildirib ki, rəhbərlik etdiyi şura özəl qurumları QHT-lərin layihələrini maliyyələşdirməyə dəvət etmək niyyətindədir: “Biz düşünürük ki, QHT Şurasının ayrıca bank hesabını açaq. Bu hesabı isə özəl sektora həvalə edək. Qoy özəl sektor da QHT-lərin layihələrini maliyyələşdirsin”.

Onun sözlərinə görə, QHT-lərin layihələri çərçivəsində hazırlanan sosial çarxların keyfiyyəti ürəkaçan deyil: "Sosial çarxların bir çoxu televiziya kanallarında nümayiş etdirmək səviyyəsində deyil. Təklif edirəm ki, bundan sonra QHT-lər televiziyalarla öncədən danışsın”. 

A.Quliyev QHT-lərin hazırladığı layihələrdə nöqsanların olduğunu da deyib: "Ötən il 650-yə yaxın QHT bizə müraciət edib. Onlardan 647-si sonradan layihə göndərib. Bu QHT-lərdən 131-i bizə sonra müraciət edərək bildirib ki, hesabatlarda nöqsanlar var. Biz həmin QHT-lərin 125-nin müraciətinə müsbət, 6-nın müraciətinə isə mənfi cavab verdik. Səhvlər isə texniki məsələlərlə bağlı olub. Məsələn, hansısa QHT sədrinin adı unudulub və yaxud lazım olan çıxarış, başqa sənəd təqdim edilməyib. Axı siz neçə illərdir bizimlə çalışırsınız və yenə səhvlər edirsiniz. Sonuncu dəfə sizin texniki səhvlərinizi bağışladıq. Bundan sonra belə səhvlər edən QHT-lər texniki seleksiyadan keçməyəcək”.

Onun sözlərinə görə, QHT Şurasının xidmətinin elektronlaşdırılması nəzərdə tutulub: "Bundan sonra QHT-lər layihələrini də elektron şəkildə təqdim edəcəklər. Həmçinin şuranın fəaliyyəti ilə bağlı məlumatları təqdim etmək üçün smartfonlar üçün xüsusi əlavə hazırlamağı düşünürük”.

Şura sədri bu il “Azərbaycan Xalq Cümhuriyəti ili" ilə bağlı da ayrıca tədbirlər görəcəklərini bildirib.

Son xəbərlər

Orphus sistemi