Qərib Məmmədov: "Milli Atlas kartoqrafik saxtakarlıqlara tutarlı cavabdır"

Qərib Məmmədov: "Milli Atlas kartoqrafik saxtakarlıqlara tutarlı cavabdır" "Azərbaycan Respublikasının Milli Atlası ölkəmizlə bağlı ilk sanballı, irimiqyaslı kartoqrafik nəşrdir"
Daxili siyasət
2 Fevral , 2015 11:25
Qərib Məmmədov: Milli Atlas kartoqrafik saxtakarlıqlara tutarlı cavabdır

Bakı. 2 fevral. REPORT.AZ/ "Azərbaycan Respublikasının Milli Atlası ölkəmizlə bağlı ilk sanballı, irimiqyaslı kartoqrafik nəşrdir".

"Report" xəbər verir ki, bunu Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (DTXK) və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkilatçılığı ilə "Azərbaycan Respublikasının Milli Atlası" və "Cənubi Qafqaz 1903-cü il" xəritəsinin təqdimat zamanı Milli Atlasın redaksiya heyətinin məsul katibi, akademik Qərib Məmmədov deyib.

O, Cənubi Qafqazın 1903-cü il xəritəsi və Milli Atlasın əsas mahiyyətini xarakterizə edərək qeyd edib ki, Azərbaycanın kartoqrafik saxtakarlıqlarla üz-üzə qaldığı bir dövrdə, ölkənin apardığı informasiya müharibəsində təqdim olunan xəritə və Milli Atlas ermənilərə tutarlı cavab ola bilər.

Atlasların və atlas kartoqrafiyası üsullarının inkişaf tarixindən danışan akademik Azərbaycan tarixində indiyə qədər Milli Atlasın olmadığını qeyd edib. 

Son xəbərlər

Orphus sistemi