Qərb bölgəsində bələdiyyə seçkilərinə start verilib - FOTO - YENİLƏNİB - VİDEO

Qərb bölgəsində bələdiyyə seçkilərinə start verilib - FOTO - YENİLƏNİB - VİDEO Gəncə şəhərində bələdiyyə seçkiləri davam edir. Reportun Qərb Mərkəzinin məlumatına görə, 37 saylı Nizami birinci (Gəncə) Seçki Dairəsi üzrə 24 açıq, 1 qapalı məntəqə var. Seçki dairəsi üzrə seçici sayı 33 354 nəfərdir. Onlardan 462 nəfəri qapalı məntəqədə səs verəcək.
Daxili siyasət
23 dekabr 2019 04:27
Qərb bölgəsində bələdiyyə seçkilərinə start verilib - FOTO - YENİLƏNİB - VİDEO

Gəncə şəhərində bələdiyyə seçkiləri davam edir. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, 37 saylı Nizami birinci (Gəncə) Seçki Dairəsi üzrə 24 açıq, 1 qapalı məntəqə var. Seçki dairəsi üzrə seçici sayı 33 354 nəfərdir. Onlardan 462 nəfəri qapalı məntəqədə səs verəcək.

37 saylı Nizami (Gəncə) Birinci Seçki Dairəsinin 10 məntəqəsində veb-kamera quraşdırılıb. Seçki dairəsi üzrə 18 yaşı tamam olan 181 nəfər ilk dəfə səs verəcək.

38 saylı Nizami ikinci (Gəncə) Seçki Dairəsi üzrə 24 açıq, 1 qapalı məntəqə var. Seçki dairəsi üzrə seçici sayı 34 366 nəfərdir. Onlardan 500 nəfəri qapalı məntəqədə səs verəcək. 38 saylı Nizami ikinci (Gəncə) Seçki Dairəsinin 10 məntəqəsində veb-kamera quraşdırılıb. DSK üzrə 18 yaşı tamam olan 157 nəfər ilk dəfə səs verəcək.

39 saylı Kəpəz birinci (Gəncə) Seçki Dairəsi üzrə 29 açıq, 2 qapalı məntəqə var. Seçki dairəsi üzrə seçici sayı 41 568 nəfərdir. Onlardan 2 418 nəfəri qapalı məntəqədə səs verəcək. 39 saylı Kəpəz birinci (Gəncə) Seçki Dairəsinin 9 məntəqəsində veb-kamera quraşdırılıb. DSK üzrə 18 yaşı tamam olan 249 nəfər ilk dəfə səs verəcək. Onlardan 4 nəfərinin 18 yaşı elə seçki günü, yəni 23 dekabr tarixində tamam olur. DSK üzrə ən yaşı seçici Babayeva Yəmən Mürsəl qızıdır. 1916-cı ildə anadan olub, hazırda 103 yaşı var.

40 saylı Kəpəz İkinci (Gəncə) Seçki Dairəsi üzrə 30 məntəqə var. Seçki dairəsi üzrə seçici sayı 42 085 nəfərdir. 40 saylı Kəpəz ikinci (Gəncə) Seçki Dairəsinin 11 məntəqəsində veb-kamera quraşdırılıb. Seçki Dairəsi üzrə 18 yaşı tamam olan 283 nəfər ilk dəfə səs verəcək. Onlardan Məmmədov Bayram Yaşar oğlunun 18 yaşı elə seçki günü, yəni 23 dekabr tarixində tamam olur.

Gəncə Şəhər Kəpəz Rayon Bələdiyyəsinə 19 üzv seçiləcək. Qeydə alınan namizəd sayı 62-dir.

Gəncə Şəhər Nizami Rayon Bələdiyyəsinə 19 üzv seçiləcək. Qeydə alınan namizəd sayı 71-dir.

Gəncə Şəhər Kəpəz Rayonu Hacıkənd qəsəbə Bələdiyyəsinə 5 üzv seçiləcək. Qeydə alınan namizəd sayı 12-dir.

Nizami və Kəpəz rayon, habelə Hacıkənd qəsəbə bələdiyyələrinə ümumilikdə 43 üzv seçiləcək. Üç bələdiyyə üzrə ümumilikə 147 namizəd qeydə alınıb.


*** 8:04

Gəncə şəhərində bələdiyyə seçkilərinə start verilib. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, saat 8:00-da Gəncə şəhərində fəaliyyət göstərən, 4 DSK üzrə ümumilikdə 107 məntəqədə seçki prosesinə start verilib. Bu günkü seçkidə Gəncədə 147 min 993 nəfər seçicinin səs vermə hüquqlarından istifadə etməsi gözlənilir.

Bələdiyyə seçkilərində Gəncə şəhəri üzrə ümumi olaraq 145 namizəd var və bunlar, YAP, ADİSP, ÜMİD, VBP, VHP, AKP, VP, AVP, ADMP, BAXCP, BQP, AMP üzvləri və birtərəf olaraq öz namizədlərini irəli sürüblər.

Qeyd edək ki, bütün məntəqələrdə yaşlı (80-102 yaş) və səhətlərindəki proroblemlə əlaqədar məntəqələrə gedə bilməyən seçicilər üçün də bütün şərait yaradılıb və həmin şəxslərin seçkilərdə səsvermə hüququndan istifadə etmələri üçün qeydə alınmış ünvanlara gedəcək səyyar seçki nümayəndələri də fəaliyyət göstərəcək.

Seçki prosesi saat 19.00 da başa çatacaq.

Son xəbərlər

Orphus sistemi