​Müsavat iqtidar-müxalifət görüşündə iştirak edib-etməməklə bağlı qərarını sabah açıqlayacaq

​Müsavat iqtidar-müxalifət görüşündə iştirak edib-etməməklə bağlı qərarını sabah açıqlayacaq Bununla bağlı mətbuat konfransı keçiriləcək
Daxili siyasət
13 May , 2015 14:25
​Müsavat iqtidar-müxalifət görüşündə iştirak edib-etməməklə bağlı qərarını sabah açıqlayacaq

Bakı. 13 may. REPORT.AZ/ Müsavat Partiyasının iqtidarla müxalifət arasında keçiriləcək növbəti görüşdə iştirakla bağlı qərarı mətbuat konfransında açıqlanacaq.

Partiyanın Mərkəzi icra aparatının rəhbəri Gülağa Aslanlı "Report"a açıqlamasında deyib ki, bu gün Azərbaycan Prezident Administrasiyasından partiyaya dialoqda iştirak bağlı göndərilən dəvət müzakirə olunub. O bildirib ki, Müsavatın görüşdə iştirakla bağlı qərarı sabah keçiriləcək mətbuat konfransında bəlli olacaq.

Xatırladaq ki, iqtidarla müxalifətin sonuncu görüşü fevralın 12-də keçirilib. Görüşdə iqtidar tərəfdən Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, şöbənin müdir müavini Tahir Süleymanov, şöbənin sektor müdiri Elman Paşayev, müxalifət tərəfdən isə Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn, Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu, Azərbaycan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu, Böyük Quruluş Partiyasının (BQP) başqanı, deputat Fazil Mustafa, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev, Demokratik İslahatlar Partiyasının (DİP) sədri, deputat Asim Mollazadə, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev, Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə, Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, deputat Fərəc Quliyev, Azərbaycan Vahid Kommunist Partiyasının sədrinin birinci müavini Musa Tükənov və Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov iştirak edib.

Son xəbərlər

Orphus sistemi