Qələbə müjdəli Bakı bayraqlara bürünüb

Qələbə müjdəli Bakı bayraqlara bürünüb Artıq iki aya yaxındır ki, üçrəngli bayrağımız Bakının küçə və prospektlərinə, park və meydanlarına, habelə yaşayış, inzibati binalarına xüsusi gözəllik bəxş edir.
Daxili siyasət
9 Noyabr , 2020 00:42
Qələbə müjdəli Bakı bayraqlara bürünüb

Artıq iki aya yaxındır ki, üçrəngli bayrağımız Bakının küçə və prospektlərinə, park və meydanlarına, habelə yaşayış, inzibati binalarına xüsusi gözəllik bəxş edir.

“Report” xəbər verir ki, Bakıda, eləcə də respublikamızın bütün şəhər və rayonlarında müstəqilliyimizin, dövlətçiliyimizin simvollarından olan üzrəngli bayraqlarımız dalğalanmaqdadır.

Azərbaycan Ordusunun sentyabrın 27-də cəbhədə düşmənin təxribatının qarşısını alması və uğurlu əks-hücum əməliyyatından sonra vətəndaşlar hərbçilərimizə dəstək məqsədilə bayraq aksiyasına başlayıblar. Noyabrın 8-də ordumuzun Şuşanı işğaldan azad etməsi paytaxt sakinlərinin böyük sevinci, coşqusu, zəfər bayramı sevinci ilə qarşılanıb. Üstəlik, daha bir fərəhli gün - 9 noyabr – Dövlət Bayrağı Günü sevinci sevincə qatdı. Bakı üçrəngli bayrağa bürünərək cəbhədən yeni-yeni müjdələr, qələbə xəbərləri gözləyir.

Son xəbərlər

Orphus sistemi