Qəbələdə yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına 2 milyon manat ayrılıb

Qəbələdə yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına 2 milyon manat ayrılıb Prezident İlham Əliyev Qəbələ rayonunun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Daxili siyasət
28 Oktyabr , 2019 15:25
Qəbələdə yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına 2 milyon manat ayrılıb

Prezident İlham Əliyev "Qəbələ rayonunun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.

"Report"un xəbərinə görə, sərəncamla iyirmi min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini rayon mərkəzindən və digər yaşayış məntəqələrindən ayıran, Bum-Tikanlı-Abrıx avtomobil yolunun 2-ci kilometrliyində Bum çayı üzərində yeni körpünün tikintisi və Bum qəsəbəsinə gedən 2 kilometrlik avtomobil yolunun bərpası üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 2 milyon manat ayrılıb.

Son xəbərlər

Orphus sistemi