Qazaxıstan nazir müavini: "Ağdamda hər yer dağıdılıb"

Qazaxıstan nazir müavini: "Ağdamda hər yer dağıdılıb" “Ağdam təəssüratlarımız elə də xoş deyil, həmin torpaqlar Azərbaycana qaytarılsa da, hər yer viranədir”.
Daxili siyasət
11 Sentyabr , 2021 15:57
Qazaxıstan nazir müavini: Ağdamda hər yer dağıdılıb
Kayrat Torəbayev

“Ağdam təəssüratlarımız elə də xoş deyil, torpaqlar Azərbaycana qaytarılsa da, hər yer viran qoyulub”.

“Report” xəbər verir ki, bunu Qazaxıstan ticarət və inteqrasiya naziri müavini Kayrat Törəbayev Ağdama səfəri zamanı jurnalistlərə bildirib.

Ermənistan tərəfinin basdırdığı minaların təhlükə mənbəyi olduğunu qeyd edən qonaq Azərbaycanla Ermənistan arasında tezliklə sülh sazişi imzalanacağına ümidvar olduqlarını qeyd edib: “Bu münaqişənin başa çatmasından məmnunuq”.

Xatırladaq ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası üzv ölkələrinin iqtisadiyyat nazirlərinin dünən Bakıda keçirilən 10-cu görüşünün iştirakçıları Ağdam rayonuna səfər ediblər.

Son xəbərlər

Orphus sistemi