Qazaxda məktəb-liseyin təmirinə 2 milyon manat ayrıldı

Qazaxda məktəb-liseyin təmirinə 2 milyon manat ayrıldı Prezident İlham Əliyev Qazax şəhərində Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Daxili siyasət
5 Mart , 2020 17:19
Qazaxda məktəb-liseyin təmirinə 2 milyon manat ayrıldı
0 : 00
0 : 00

Prezident İlham Əliyev Qazax şəhərində Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncamla Qazax şəhərində 700 şagird yerlik Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılıb.

Son xəbərlər

Orphus sistemi