Qazaxda 100 yaşlı seçici səs verib

Qazaxda 100 yaşlı seçici səs verib Qazax. 11 aprel. REPORT.AZ/ Qazax şəhərində 100 yaşlı seçici məntəqəyə gedərək səsvermədə iştirak edib.
Daxili siyasət
11 Aprel , 2018 18:41
Qazaxda 100 yaşlı seçici səs verib

Qazax. 11 aprel. REPORT.AZ/ Qazax şəhərində 100 yaşlı seçici məntəqəyə gedərək səsvermədə iştirak edib.

"Report"un Qərb bürosunun məlumatına görə, 107 saylı Qazax seçki dirəsinin 4 saylı seçki məntəqəsinin ən yaşlı seçicilərindən olan 1918-ci il təvəllüdlü Nəbi Nəbiyev seçki məntəqəsinə gedərək öz səsvermə hüququndan istifadə edib.

N.Nəbiyev jurnalistlərə bildirib ki, səhhətim imkan verdiyinə görə özüm seçki məntəqəsinə gələrək səs verdim: "Bu mənim vətəndaşlıq borcumdur və hərkəsin seçkidə iştirak etməsi vacibdir".

Qeyd edək ki, Qazax rayonunda ən yaşlı seçici 111 yaşlı Kəmərli kənd sakini Nabiyeva Sayalı Abdulla qızıdır və o, qeydiyyatda olduğu 32 saylı məntəqədə evinə aparılan daşınan qutu vasitəsilə öz səsini verib.

Son xəbərlər

Orphus sistemi