Koronavirusinfo.az saytının subportalı yaradılacaq

Koronavirusinfo.az saytının subportalı yaradılacaq Koronavirusinfo.az portalında “Qaydalar hamı üçün eynidir” adlı əlavə bir subportal yaradılacaq.
Daxili siyasət
15 May , 2020 17:58
Koronavirusinfo.az saytının subportalı yaradılacaq

Koronavirusinfo.az portalında “Qaydalar hamı üçün eynidir” adlı əlavə bir subportal yaradılacaq.

“Report” xəbər verir ki, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

"Vətəndaşlar tərəfindən həyata keçirilən ictimai nəzarət çərçivəsində Nazirlər Kabientinin Azərbaycanda xüsusi karantin rejimi dövründə sanitariya vəziyyətinin tənzimlənməsi barədə 1 may 2020-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş xüsusi sanitar rejimi ərzində qeyd olunan sahə və istiqamətlərin fəaliyyətində aşkar olunmuş qayda pozuntuları haqqında məlumatlar portalda qeyd olunan nömrə vasitəsilə göndərilə bilər", - deyə R.Bayramlı bildirib.

Son xəbərlər

Orphus sistemi