Qaxda yaşı 100-dən yuxarı olan iki seçici səsvermədə iştirak edib - FOTO

Qaxda yaşı 100-dən yuxarı olan iki seçici səsvermədə iştirak edib - FOTO ​Seçki prosesini 590 yerli müşahidəçi izləyir
Daxili siyasət
26 Sentyabr , 2016 16:50
Qaxda yaşı 100-dən yuxarı olan iki seçici səsvermədə iştirak edib - FOTO

Qax. 26 sentyabr. REPORT.AZ/ Azərbaycan Konstitusiyasına dəyişikliklər üzrə ümumxalq səsverməsi Qax rayonunda seçici fəallığı ilə müşahidə olunur. "Report"un Şimal-qərb bürosunun məlumatına görə, 112 saylı Qax Dairə Seçki Komissiyasında (DSK) 42 080 nəfər qeydiyyata alınan seçicilərdən 14 350 nəfər saat 12:00-a qədər  səsvermədə iştirak edib.

Bu da DSK üzrə seçicilərin ümumi sayının 34.1 faizini təşkil edir. Seçicilərin səsvermə hüququndan istifadə edə bilmələri üçün məntəqələrdə lazımi şərait yaradılıb.

112 saylı Qax DSK-nın sədri Abdukərim Əliyevin "Report"un əməkdaşına verdiyi məlumata görə, 942 nəfər seçici ilk dəfə olaraq səsvermə hüququndan istifadə edir. Dairə üzrə yaşı 100-dən çox olan iki seçici var ki, artıq onlardan biri səhər saatlarından etibarən seçki məntəqəsinə gələrək səsvermədə iştirak edib. DSK sədri bildirib ki, 8 məntəqədə veb-kamera quraşdırılıb. 
Seçki prosesini 590 yerli müşahidəçi izləyir.

Son xəbərlər

Orphus sistemi