Qax və Oğuzda Zəfər Günü ilə bağlı bayram konserti təşkil edilib

Qax və Oğuzda Zəfər Günü ilə bağlı bayram konserti təşkil edilib Qaxda və Oğuzda Zəfər Günü ilə bağlı konsert proqramı təşkil edilib.
Daxili siyasət
8 noyabr 2023 15:43
Qax və Oğuzda Zəfər Günü ilə bağlı bayram konserti təşkil edilib

Qaxda və Oğuzda Zəfər Günü ilə bağlı konsert proqramı təşkil edilib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, Qax rayon mərkəzi meydanında təşkil olunan konsertdə tanınmış və yerli müğənnilər öz ifaları ilə çıxıs ediblər. Konsertdə hərbi vətənpərvərlik mahnıları səslənib, milli rəqslər nümayiş olunub.

Oğuz rayonunda da Zəfər Günü ilə bağlı Mədəniyyət Mərkəzinin önündə konsert proqramı olub. Konsertdə məşhur müğənnilər öz rəngarəng ifaları ilə qonaqların zövqünü oxşayıblar.

Sonda hər iki rayonunun mərkəzində atəşfəsanlıq olub.

Son xəbərlər

Orphus sistemi