​QAT Ali Məclisinə yeni üzvlər seçilib - SİYAHI

​QAT Ali Məclisinə yeni üzvlər seçilib - SİYAHI Təşkilatın Ali Məclisinin növbəti iclası keçirilib
Daxili siyasət
20 Dekabr , 2014 15:52
​QAT Ali Məclisinə yeni üzvlər seçilib - SİYAHI

Bakı. 20 dekabr. REPORT.AZ/ Qarabağ Azadlıq Təşkilatı (QAT) Ali Məclisinin növbəti iclası keçirilib.

Bu barədə "Report"a QAT-ın mətbuat xidmətindən məlumat verilib.

İclasda təşkilati məsələlərə baxılıb. QAT-ın yeni seçilmiş rayon şöbələrinin sədrləri Xəlil Xəlilov (Ağdam), Qara Musayev (Yevlax), Səmayə Xəlilova (Qusar), Söhrab Şirinov (Kəlbəcər), Bulud Rüstəmov (Sabirabad), Fikrət Rüstəmov (Goranboy), Məmmədəli Quliyev (Sumqayıt) səlahiyyətləri təsdiq edilib. Solmaz Mirzəyeva, Maarif Musaoğlu, Əliəsgər Hacıyev Ali Məclisə, Nəcibə Qasımova, Tahir Bayramov, Rəhman Cəfərov, Hüseyn Həsənov İdarə Heyətinə üzv seçiliblər.

İclasda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 2014-cü ilin yekunlarına dair hesabat sənədi qəbul olunub, sənədin əlavə və düzəlişlərlə qəbul olunması İdarə Heyətinə tapşırılıb. Məclis üzvləri azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələni müzakirə edib, atılacaq addımları müəyyənləşdiriblər.

Son xəbərlər

Orphus sistemi