Qarabağın erməni sakinlərinin öz mədəniyyətini, etnik-mədəni xüsusiyyətlərini qorumaq və inkişaf etdirmək hüququ təmin edilir.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının açıqlamasında bildirilib.
Qeyd olunub ki, dini etiqad azadlığı, mədəni və dini abidələrin mühafizəsi təmin olunur.
Erməni dilinin istifadəsinə imkan yaradılır.
Reinteqrasiyanın praktiki icrası ilə bağlı erməni sakinlərin nümayəndələri ilə təmaslar davam etdiriləcək.