Kamran Əliyev üç yeni hərbi prokuror təyin etdi

Kamran Əliyev üç yeni hərbi prokuror təyin etdi Qarabağ hərbi prokuroru vəzifəsinə təyinat olub.
Daxili siyasət
20 Avqust , 2020 11:07
Kamran Əliyev üç yeni hərbi prokuror təyin etdi
Kamran Əliyev

Qarabağ hərbi prokuroru vəzifəsinə təyinat olub.

“Report”un əldə etdiyi məlumata görə, Baş prokuror Kamran Əliyevin imzaladığı əmrlə bu vəzifəyə Surxay Hüseynov təyin edilib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən faktı “Report”a təsdiqləyiblər.

Bundan başqa, Baş prokurorun müvafiq əmrləri ilə Əli Şükürov Bakı hərbi prokuroru, Elşən Əli-məmmədov isə Zaqatala hərbi prokuroru təyin ediliblər.

Son xəbərlər

Orphus sistemi