Qarabağın erməni sakinlərinə tezliklə humanitar dəstəyin həyata keçirilməsi planlaşdırılır

Qarabağın erməni sakinlərinə tezliklə humanitar dəstəyin həyata keçirilməsi planlaşdırılır Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri yanacağa ehtiyaclarının olduğunu bildiriblər.
Daxili siyasət
21 Sentyabr , 2023 16:00
Qarabağın erməni sakinlərinə tezliklə humanitar dəstəyin həyata keçirilməsi planlaşdırılır

Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə tezliklə humanitar dəstəyin həyata keçirilməsi planlaşdırılır.

“Report”un xəbərinə görə, bu barədə sentyabrın 21-də Yevlax şəhərində Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədov Qarabağın erməni sakinlərinin təmsilçiləri qismində Sergey Martirosyan və David Melkumyan ilə keçirilən görüşdə bildirilib.

Qeyd olunub ki, Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri sosial və humanitar xarakterli məsələlərin müzakirəsi kontekstində xüsusilə yanacağa ehtiyac duyulduğunu bildiriblər.

Bundan başqa, onlar qida məhsulları olmaqla humanitar yardımın göstərilməsini xahiş ediblər. Görüşün nəticəsi olaraq onların xahişi müsbət qarşılanıb. Xüsusilə bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın tezliklə təchiz edilməsi və humanitar dəstəyin həyata keçirilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi