Qarabağ bölgəsində Heydər Əliyevin anım mərasimi keçirilib - VİDEO

Qarabağ bölgəsində Heydər Əliyevin anım mərasimi keçirilib - VİDEO Müstəqil Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü Tərtər rayonunda böyük izdihamla qeyd olunub.
Daxili siyasət
13 Dekabr , 2019 03:14
Qarabağ bölgəsində Heydər Əliyevin anım mərasimi keçirilib - VİDEO

Müstəqil Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü Tərtər rayonunda böyük izdihamla qeyd olunub.

“Report”un Qarabağ bürosu xəbər verir ki, anım günü ilə əlaqədar rayon rəsmiləri, ictimaiyyət nümayəndələri, minlərlə rayon sakinləri ulu öndər Heydər Əliyevin rayonda ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla anıblar.

Mərasimdə iştirak edənlər Heydər Əliyevin Azərbaycan üçün müstəsna xidmətlərindən, müstəqilliyin qorunması, ölkənin hərtərəfli tərəqqisi uğrunda gördüyü işlərdən danışıblar.

Gün ərzində ulu öndər Heydər Əliyevin abidəsi önündə izdiham müşahidə olunub. Daha sonra tədbir iştirakçıları Heydər Əliyev mərkəzinə gələrək ulu öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla, fotostendlərlə tanış olublar.


***

Azərbaycanın dahi şəxsiyyəti, dünya şöhrətli siyasətçi Heydər Əliyevin vəfatının 16-cı ildönümü Bərdə rayonunda da qeyd olunub.

“Report”un Qarabağ bürosu xəbər verir ki, Bərdə Rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri və əməkdaşları, fəalları, ictimai təşkilatların və qeyri hökumət təşkilatlarının nümayəndələri, rayon sakinləri, ağsaqqallar, rayonda müvəqqəti məskunlaşmış məcburi köçkünlər ümummilli lider Heydər Əliyevin rayonun baş meydanında ucaldılan abidəsini ziyarət edib, önünə tər gül-çiçək dəstələri qoyaraq dahi şəxsiyyətin xatirəsinə hörmət və ehtiramlarını ifadə ediblər.

Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar rayon İcra Hakimiyyətində anım tədbiri keçirilib. Tədbirdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan video-çarx nümayiş etdirilib. Ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Son xəbərlər

Orphus sistemi