Naxçıvanda qanunsuz yaşayan və əmək fəaliyyəti ilə məşğul olan 17 əcnəbi aşkarlanıb

Naxçıvanda qanunsuz yaşayan və əmək fəaliyyəti ilə məşğul olan 17 əcnəbi aşkarlanıb Bakı. 13 fevral. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər bu ilin ötən ayında da davam etdirilib.
Daxili siyasət
13 Fevral , 2019 03:22
Naxçıvanda qanunsuz yaşayan və əmək fəaliyyəti ilə məşğul olan 17 əcnəbi aşkarlanıb

Bakı. 13 fevral. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər bu ilin ötən ayında da davam etdirilib.

"Report" muxtar respublikanın Dövlət Miqrasiya Xidmətinə istinadən xəbər verir ki, xidmət tərəfindən muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan, habelə qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 17 əcnəbi aşkarlanaraq qanunvericiliyə uyğun olaraq barələrində müvafiq tədbirlər görülüb.

Ümumilikdə, ötən dövrdə Dövlət Miqrasiya Xidmətinə daxil olan 546 müraciətin 95-i əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazələrin verilməsi və yenidən rəsmiləşdirilməsi, əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi, eləcə də Azərbaycan Respublikasının vətəndaşlığına qəbul,

vətəndaşlıqdançıxma və vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən araşdırılmış, müvafiq qərarlar qəbul edilib, olduğu yer üzrə qeydiyyatla bağlı 451 müraciət qeydə alınaraq icrası təmin olunmuş, həmin müraciətlərdən 203-ü elektron xidmətlər portalı və elektron poçt üzərindən qəbul edilib.

Daha əvvəl Naxçıvan Qarnizonu qoşunlarında şəxsi heyətlə iş üzrə komandir müavinləri ilə təlim-metodiki toplantı keçirilib.

Son xəbərlər

Orphus sistemi