Prezident qanunu pozan məhkəmə hakiminin səlahiyyətlərinə vaxtından əvvəl xitam verib - ƏLAVƏ OLUNUB

Prezident qanunu pozan məhkəmə hakiminin səlahiyyətlərinə vaxtından əvvəl xitam verib - ƏLAVƏ OLUNUB Prezident İlham Əliyev Sumqayıt Şəhər Məhkəməsinin hakimi İlyas Mahmudovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb.
Daxili siyasət
17 Aprel , 2019 16:10

Prezident İlham Əliyev Sumqayıt Şəhər Məhkəməsinin hakimi İlyas Mahmudovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncamla qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozduğuna görə Sumqayıt Şəhər Məhkəməsinin hakimi İlyas Musa oğlu Mahmudovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.


***

"Report" bildirir ki, 60 yaşlı İ.Mahmudov 11 ildir məhkəmə hakimidir. Mətbuatda onunla bağlı dəfələrlə şikayətlər yer alıb.

Son xəbərlər

Orphus sistemi