"Qaçqınkom" yanında İctimai Şuranın növbəti iclası keçirilib

"Qaçqınkom" yanında İctimai Şuranın növbəti iclası keçirilib Mayın 8-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın iclası keçirilib
Daxili siyasət
116
8 May , 2021 18:07
Qaçqınkom yanında İctimai Şuranın növbəti iclası keçirilib

Mayın 8-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın iclası keçirilib.

Dövlət Komitəsindən "Report"a bildirilib ki, iclasda Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun işğaldan azad etdiyi Şuşada bu gün sürətlə bərpa-quruculuq işlərinin aparıldığı, milli mədəniyyətimizin beşiyi olan bu şəhərə yerli sakinlərin qayıdışına hazırlıq görüldüyü məmnunluqla diqqətə çatdırılıb.

Sonra Vətən müharibəsi şəhidlərinin xatirəsi ehtiramla yad edilib.

Şuranın sədri Anar Xəlilov qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinə dəstək vermək, böyük qayıdışın səmərəliliyini təmin etmək məqsədilə geniş ictimai fəaliyyətin vacibliyini vurğulayaraq bu sahədə qarşıda duran mühüm və təxirəsalınmaz vəzifələrdən danışıb. Şura üzvləri cari və perspektiv iş planlarını müzakirə edib, icrası nəzərdə tutulan məsələlər barədə rəy və mülahizələrini bildiriblər.

Qeyd olunub ki, şura üzvlərinin qaçqınlar və məcburi köçkünlərlə görüşləri daimi xarakter daşımalı, təbliğat tədbirləri müasir informasiya-kommunikasiya vasitələrindən geniş istifadə etməklə aparılmalıdır.

İclasda Dövlət Komitəsinin sədri Rövşən Rzayev iştirak edib, şuranın fəaliyyətinin səmərəli təşkili ilə bağlı fikirlərini bildirib, ictimai iştirakçılığın təmin olunmasına bundan sonra da lazımi kömək göstəriləcəyini diqqətə çatdırıb. Komitənin bundan sonrakı fəaliyyətində də İctimai Şuranın yaxından iştirakının vacibliyi vurğulanıb.

Son xəbərlər

Orphus sistemi