"Qaçqınkom"da məcburi köçkünlərin qəbulu keçirilib

"Qaçqınkom"da məcburi köçkünlərin qəbulu keçirilib Bakı. 17 iyul. REPORT.AZ/ Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində (Qaçqınkom) məcburi köçkünlərin növbəti qəbulu keçirilib.
Daxili siyasət
17 İyul , 2018 16:56
Qaçqınkomda məcburi köçkünlərin qəbulu keçirilib

Bakı. 17 iyul. REPORT.AZ/ Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ("Qaçqınkom") məcburi köçkünlərin növbəti qəbulu keçirilib.

Komitədən “Report”a verilən məlumata görə, qəbulda Dövlət Komitəsinin sədr müavinləri, şöbə və departament müdirləri iştirak ediblər.

Məcburi köçkünlərin müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər və digər sosial problemlərlə bağlı olub.

Komitə sədri Rövşən Rzayev müraciətləri ayrı-ayrılıqda dinləyib. Qeydə alınmış müraciətlərlə əlaqədar müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.

Son xəbərlər

Orphus sistemi