"Publik hüquqi şəxslər haqqında" qanunun iki maddəsi ləğv edilib

"Publik hüquqi şəxslər haqqında" qanunun iki maddəsi ləğv edilib Qanun layihəsi səsverməyə qoyularaq qəbul olunub
Daxili siyasət
4 Mart , 2016 12:18
Publik hüquqi şəxslər haqqında qanunun iki maddəsi ləğv edilib

Bakı. 4 mart. REPORT.AZ/ Milli Məclisin bu gün keçirilən plenar iclasında "Publik hüquqi şəxslər haqqında" qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. "Report"un məlumatına görə, dəyişiklik layihəsinə əsasən, qanunun 7.6 (Dövlət və bələdiyyə müvafiq olaraq yaratdıqları publik hüquqi şəxsin üzərinə götürdüyü hər hansı öhdəliklərə görə cavabdeh deyildir) maddəsi ləğv olunur.

Eyni zamanda, qanunun 5.3.(Dövlət orqanları və bələdiyyə orqanları qanunvericiliklə onlara həvalə edilmiş hüquq və vəzifələri yaratdıqları publik hüquqi şəxslərə ötürə bilməzlər) maddəsi də ləğv edilir.

Qanun layihəsi səsverməyə qoyularaq qəbul edilib.

Son xəbərlər

Orphus sistemi