Yuxarı
    Bağlamaq

    "Publik hüquqi şəxslər haqqında" qanun layihəsi ilk oxunuşda qəbul olunub

    Layihə müzakirə edilib

    Bakı. 30 sentyabr. REPORT.AZ/ Milli Məclisin bugünkü plenar iclasında "Publik hüquqi şəxslər haqqında" qanun layihəsi müzakirə olunub. "Report"un xəbərinə görə, qanun layihəsi birinci oxunuşda qəbul edilib.

    Qeyd edək ki, publik hüquq-ümumdövlət və ya ictimai maraqların təmin edilməsi ilə bağlı olan münasibətləri tənzimləyən hüquq normalarının məcmusudur. Publik hüququ şəxs isə dövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır.

    Layihənin hazırlanmasında məqsəd publik hüquqi şəxslərin yaradılması, fəaliyyət göstərməsi və təşkili qaydalarını müəyyən etməkdir. Publik hüquqi şəxs dövlət adından müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə adından isə müvafiq bələdiyyə orqanları tərəfindən yaradılır.

    Layihəyə əsasən, publik hüquqi şəxslər sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı və nizamnaməsində qarşıya qoyulan məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin. Bundan başqa, publik hüquqi şəxs nizamnaməsində nəzərdə tutulan halda təsərrüfat cəmiyyətləri yarada və ya onlarda iştirak edə bilər. Eyni zamanda, publik hüquqi şəxsin mənfəəəti onun nizamnaməsində nəzərdə tutulmayan məqsədlər üçün yalnız təsisçinin qərarı ilə müvafiq olaraq dövlət büdcəsinə və yerli büdcəyə köçürülə bilər.

    Publik hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxs statusunu əldə edir.

    Publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə nizamnamənin və strukturun təsdiqi, nizamnamə fondunun miqdarının müəyyən edilməsi, icra orqanlarının yaradılması (kollegial və ya təkbaşçı) yaradılması, onların səlahiyyətlərinin müəyyənləşdirilməsi və vaxtından əvvəl xitam verilməsi, təsərrüfat cəmiyyətlərinin yaradılması, eləcə də idarə, filial və nümayəndəliklərinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi və digər məsələlər aiddir.

    Rəhbər Mülki Məcəllə ilə müəyyən olunan tələblərə cavab verməlidir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi