Yuxarı

​Oqtay Əsədov: "Azərbaycanda demokratikləşmə prosesinin hüquqi mexanizmi daha da təkmilləşdirilir"

Qanunun aliliyi prinsipi ötən illərdə Azərbaycan parlamentinin praktikasında özünü doğruldub

Bakı. 7 may. REPORT.AZ/ "Azərbaycanda parlament milli qanunvericiliyi Avropa hüquq normalarına və standartlarına uyğunlaşdırmaq, problemlərin açıq müzakirəsini aparmaq yolu ilə demokratik təsisatları möhkəmləndirir, söz, mətbuat, vicdan, birləşmək, sərbəst toplaşmaq və digər siyasi azadlıqların reallaşmasına, qanunun aliliyinin bərqərar olmasına zəmin yaradır".

"Report"un məlumatına görə, bunu Milli Məclisin spikeri Oqtay Əsədov "Azərbaycan parlamenti müstəqillik yolunda" adlı məqaləsində qeyd edib.

O bildirib ki, uzun əsrlər boyu Avropa demokratiyasının təcrübəsində sınaqdan çıxarılmış çoxpartiyalılıq, plüralizm, qanunun aliliyi prinsipləri ötən illərdə Azərbaycan parlamentinin praktikasında da özünü doğruldub: "Milli Məclis Azərbaycan Prezidenti İlham Əliyevin daxili və xarici siyasətini parlament vasitələrinin köməyi ilə fəal surətdə dəstəkləyir. Ölkədə uğurla həyata keçirilən siyasi, iqtisadi, hüquqi, sosial, islahatların, demokratikləşmə prosesinin hüquqi mexanizmi daha da inkişaf etdirilir, təkmilləşdirilir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi