Prokurorluq orqanlarında çalışan qadınların sayı açıqlanıb

Prokurorluq orqanlarında çalışan qadınların sayı açıqlanıb "Hazırda prokurorluq orqanlarında 470 qadın əməkdaş fəaliyyət göstərir".
Daxili siyasət
2 İyun , 2023 11:06
Prokurorluq orqanlarında çalışan qadınların sayı açıqlanıb

"Hazırda prokurorluq orqanlarında 470 qadın əməkdaş fəaliyyət göstərir".

"Report" xəbər verir ki, bunu Baş prokurorun müavini Heydər Məmmədov "Gender Bərabərliyi Beynəlxalq İnsan Hüquqlarının hissəsi kimi” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O bildirib ki, həmin əməkdaşların 99-u prokurorluğun əməliyyat işçiləridir: "Onlardan 207-si dövlət qulluqçusu, 127-si müqavilə əsasında və 37-si isə hərbi qulluqçu qismində fəaliyyət göstərirlər. Ümumilikdə, 10 nəfər qadın rəhbər vəzifədə işləyirlər. Həmin xanımlar prokurorluqda gender bərabərliyinin təmin edilməsində öz səylərini əsirgəmir".

Son xəbərlər

Orphus sistemi