Prokurorluq işçiləri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər - FOTO

Prokurorluq işçiləri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər - FOTO Bu gün Azərbaycanda prokurorluq işçilərinin peşə bayramıdır
Daxili siyasət
1 Oktyabr , 2016 10:13
Prokurorluq işçiləri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər - FOTO

Bakı. 1 oktyabr. REPORT.AZ/ Bu gün - 1 oktyabr Azərbaycanda prokurorluq işçilərinin peşə bayramıdır.

“Report” xəbər verir ki, Baş Prokurorluğun əməkdaşları peşə bayramı günü və milli prokurorluğunun yaradılmasının 98-ci ildönümü münasibəti ilə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Baş prokuror Zakir Qaralov və prokurorluq əməkdaşları daha sonra Şəhidlər Xiyabanına gəlib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanları yad ediblər, “Əbədi Məşəl” abidəsinin önünə əklil qoyublar.

Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamına əsasən, hər il oktyabrın 1-i prokurorluq işçilərinin peşə bayramı kimi qeyd edilir.

Son xəbərlər

Orphus sistemi