Prokurorluğa işə qəbulla əlaqədar sənəd qəbulunun başa çatacağı vaxt açıqlanıb

Prokurorluğa işə qəbulla əlaqədar sənəd qəbulunun başa çatacağı vaxt açıqlanıb Sənəd qəbulu ilə bağlı əlavə suallar barədə 437-28-56, 492-74-32, 492-06-82 və 492-62-23 nömrəli telefonlarla məlumat əldə etmək olar.
Daxili siyasət
803
30 Avqust , 2021 12:59
Prokurorluğa işə qəbulla əlaqədar sənəd qəbulunun başa çatacağı vaxt açıqlanıb

Prokurorluq orqanlarının kadr korpusunun şəffaf prosedurlar əsasında formalaşdırılmasının sivil və mütərəqqi üsulu olan müsabiqə yolu ilə qulluğa qəbul prokurorluğun kadr tərkibinin hərtərəfli biliyə və yüksək mənəvi keyfiyyətlərə malik, dövlətçilik ideyalarına sədaqətləri ilə seçilən gənc mütəxəssislər hesabına komplekləşdirilməsi üçün geniş imkanlar yaratmış və ölkə həyatının bütün sahələrində gənclərin əməyindən hərtərəfli istifadə edilməsinə dair dövlət başçısının tövsiyə və tapşırıqlarının icrası istiqamətində mühüm vasitə olub.

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

2002-ci ildən başlayaraq Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə, dövlət qurumları, vətəndaş cəmiyyəti təsisatları və beynəlxalq təşkilatlar, eləcə də kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə prokurorluq orqanlarına işə qəbulla əlaqədar keçirilmiş müsabiqələrin nəticələri üzrə uğur qazanmış gənc hüquqşünaslar hazırda prokurorluq işçilərinin 78.5 faizini təşkil edir və böyük əksəriyyəti yuxarı təsnifat vəzifələrə irəli çəkilərək, hazırda onların bir hissəsi rəhbər vəzifələrdə çalışır.

Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan şəxslər üçün 80 ştat vahidi üzrə 31.05.2021-ci il tarixdə elan edilmiş müsabiqə ilə bağlı sənəd qəbulu 30.09.2021-ci il tarixdə saat 18:00-da başa çatdırılacaqdır.

Prokurorluq orqanlarında işləmək istəyən və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən gənc hüquqşünaslar ölkə ərazisində koronavirus epidemiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti tərəfindən elan edilmiş xüsusi karantin rejimi qaydalarına uyğun olaraq sənəd qəbulunun elektron qaydada həyata keçirilməsi nəzərdə tutulduğundan tələb olunan sənədlərin fotosurətini Baş Prokurorluğun [email protected] elektron poçt ünvanına göndərməklə müsabiqənin ilkin mərhələsi olan test imtahanında iştirak edə bilərlər.

Sənədlərin qəbulu başa çatdıqdan sonra test imtahanının tarixi, yeri və digər məsələlər barədə məlumat kütləvi informasiya vasitələrində, Baş Prokurorluğun rəsmi veb-saytında və sosial şəbəkələrdəki səhifələrində (www.genprosecutor.gov.az, www.prokurorluq.gov.az) veriləcəkdir.

Sənəd qəbulu ilə bağlı əlavə suallar barədə 437-28-56, 492-74-32, 492-06-82 və 492-62-23 nömrəli telefonlarla məlumat əldə etmək olar.

Son xəbərlər

Orphus sistemi