Bakı. 2 mart. REPORT.AZ/ Nazirlər Kabinetinin “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adlarının təsdiq edilməsi barədə” qərarında dəyişiklik edilib.
“Report” xəbər verir ki, bu barədə sənədi Baş nazir Artur Rasi-zadə imzalayıb.
Dəyişikliyə görə, “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nda “İcra qurumları (şöbələri), bölmələri, qrupları” sözləri “İcra və probasiya qurumları” sözləri ilə əvəz edilib.