Prezidentliyə namizədlərə həftədə 6 saat ödənişsiz efir vaxtı ayrılacaq

Prezidentliyə namizədlərə həftədə 6 saat ödənişsiz efir vaxtı ayrılacaq Bakı. 17 mart. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.
Daxili siyasət
125
17 Mart , 2018 16:43
Prezidentliyə namizədlərə həftədə 6 saat ödənişsiz efir vaxtı ayrılacaq
Report

Bakı. 17 mart. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

“Report” xəbər verir ki, iclasda aprelin 11-nə təyin edilən Prezident seçkilərində ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsü məqsədilə Püşkatma Komissiyasının yaradılması, püşkatmanın keçirilməsi vaxtının və yerinin müəyyən edilməsi məsələsinə baxılıb.

MSK sədrinin müavini Natiq Məmmədov deyib ki, bu il də İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən namizədlərə ödənişsiz efir vaxtı ayrılacaq: "Bu müddət həftədə 3 saat televiziya, 3 saat radioda olmaqla 6 saat təşkil edəcək". 

Püşkatma MSK-nın martın 19-da keçiriləcək iclasında olacaq. 

Qeyd edək ki, seçkiqabağı təşviqat martın 19-da başlayacaq. 

Son xəbərlər

Orphus sistemi