Prezidentliyə namizəd: "Bizə elə bir şəxsin qalibiyyəti gərəkdir ki, milli birliyi və inkişafın davamlılığını təmin etsin"

Prezidentliyə namizəd: "Bizə elə bir şəxsin qalibiyyəti gərəkdir ki, milli birliyi və inkişafın davamlılığını təmin etsin" Bakı. 11 aprel. REPORT.AZ/ “Bugünkü tarix Azərbaycan dövlətinin həyatında önəmli gündür. Xalqımızın bu gündən gözləntiləri var”.
Daxili siyasət
107
11 Aprel , 2018 11:51
Prezidentliyə namizəd: Bizə elə bir şəxsin qalibiyyəti gərəkdir ki, milli birliyi və inkişafın davamlılığını təmin etsin
Prezidentliyə namizəd Zahid Oruc / Report

Bakı. 11 aprel. REPORT.AZ/ “Bugünkü tarix Azərbaycan dövlətinin həyatında önəmli gündür. Xalqımızın bu gündən gözləntiləri var”.

“Report”un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında prezidentliyə namizəd Zahid Oruc deyib.

O bildirib ki, ilk növbədə, vətəndaş inamı, cəmiyyət təşəbbüskarlığı və məmur məsuliyyəti əsas məsələ olmalıdır: “Seçkilərin yekunlarından çıxan nəticə bu olmalıdır. Çünki insanların gözləntiləri var. Azərbaycan dövləti ötən illər ərzində böyük yol keçib. Hamımızın imkanı var ki, bu dövrü düzgün dəyərləndirək”.

“Elə bir yekun olsun ki, heç kəs özünü çıxdaş edilmiş saymasın. Bu nöqteyi-nəzərdən yanaşsaq, bizə elə bir şəxsin qalibiyyəti gərəkdir ki, milli birliyi təmin etsin, dövlətimizin həyatında davam edən inkişafın davamlılığını təmin etsin, siyasi qüvvələr arasında olan düşmənçilik, eləcə də qarşılıqlı ittihamlar aradan qalxsın. Eyni zamanda, dünyada mürəkkəb vəziyyətlərin Azərbaycana təsiri minimuma ensin. Əminəm ki, belə də olacaq və bunun üçün əsaslarımız var”.

Qeyd edək ki, bu gün Azərbaycanda Prezident seçkiləri keçirilir.

Son xəbərlər

Orphus sistemi