Prezidentin xüsusi nümayəndəsi: Qarabağı Azərbaycanın ekoregionu adlandırmaq olar

Prezidentin xüsusi nümayəndəsi: Qarabağı Azərbaycanın ekoregionu adlandırmaq olar Qarabağ regionunu bütövlükdə Azərbaycanın ekoregionu adlandırmaq olar.
Daxili siyasət
24 Aprel , 2024 17:19
Prezidentin xüsusi nümayəndəsi: Qarabağı Azərbaycanın ekoregionu adlandırmaq olar

Qarabağ regionunu bütövlükdə Azərbaycanın ekoregionu adlandırmaq olar.

“Report” xəbər verir ki, bunu jurnalistlərə Azərbaycan Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.

V.Hacıyev qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş əraziləri “yaşıl enerji” zonası elan edib. Xüsusi nümayəndə bununla bağlı istər yaşayış, istərsə də inzibati binaların hamısında günəş panellərinin quraşdırıldığını qeyd edib: “Zəngilan rayonunda ümumi gücü 42 kilovat olan 4 kiçik su elektrik stansiyası artıq istifadəyə verilib. Bundan əlavə, Ağalı kəndində Arximed turbin tipli su elektrik stansiyası inşa edilib, bu da kəndin daxili elektrik enerjisinə olan tələbatını tam ödəyir”.

Prezidentin xüsusi nümayəndəsi xatırladıb ki, Cəbrayıl və Zəngilan rayonlarının günəş enerjisinin inkişafı üçün əhəmiyyətli potensialı var: “Bu potensialı nəzərə alaraq, Böyük Britaniyanın BP şirkəti Cəbrayılda 240 meqavat gücündə elektrik stansiyası, “Nobel Energy” isə tərəfdaşları ilə birlikdə 100 meqavat gücündə günəş elektrik stansiyası tikməyi planlaşdırır”.

Son xəbərlər

Orphus sistemi