Yuxarı

Prezidentin mətbuat xidməti Milli Arxiv İdarəsinə 7 546 fotosənəd verib

Fotosənədlər 2003-2006-cı illəri əhatə edir

Bakı. 18 sentyabr. REPORT.AZ/ Azərbaycan Prezidentinin mətbuat xidməti Dövlət Kino - Foto Sənədləri Arxivinə daim saxlanılmaq məqsədilə 7 546 saxlama vahidi fotosənəd təhvil verib. Milli Arxiv İdarəsindən "Report"a bildirilib ki, 2003-2006-cı illəri əhatə edən fotosənədlərin məzmunu dövlət başçısının xarici ölkələrə rəsmi səfərlərini, işgüzar görüşlərini, mətbuat konfranslarını, rəsmi qəbullarını, Azərbaycanın rayonlarına səfərlərini, ictimaiyyət nümayəndələri ilə görüşlərini, iş yerlərinin, zavod və fabriklərin, səhiyyə, təhsil, mədəniyyətə aid binaların açılışını və s. əks etdirir.

Hazırda Dövlət Kino - Foto Sənədləri Arxivinə qəbul olunan fotosənədlərin Milli Arxiv Fonduna qəbulu rəsmiləşdirilir. Qurumdan bildirilib ki, hər bir sənədin qısa müfəssəl məzmunu hazırlanır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi