Bu gün Azərbaycan Prezidentin təşəbbüsü ilə BMT-nin xüsusi sessiyası başlayır

Bu gün Azərbaycan Prezidentin təşəbbüsü ilə BMT-nin xüsusi sessiyası başlayır “Rəqəmlərdə müəyyən stabilləşmə var. Bu da hər birimizi sevindirir”.
Daxili siyasət
10 İyul , 2020 17:18
Bu gün Azərbaycan Prezidentin təşəbbüsü ilə BMT-nin xüsusi sessiyası başlayır
Hikmət Hacıyev

“Rəqəmlərdə müəyyən stabilləşmə var. Bu da hər birimizi sevindirir”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dövlətin bütün resursları səfərbər olunub: “Dünyadakı epidemioloji vəziyyət də yaxşı deyil. Azərbaycan qlobal müstəvidə də ardıcıl səylərini davam etdirir. Bu gün Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambeleyasının xüsusi sessiyası öz işinə başlayır. BMT-nin tarixində 30-cu dəfədir ki, xüsusi sessiya çağırılıb.”

Son xəbərlər

Orphus sistemi