Bakı. 6 iyun.
“Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Korrupsiyaya qarşı mübarizə təşkilatlarının rəhbərlərinin və Ombudsmanlarının 3-cü iclasında deyib.
F.Ələsgərov vurğulayıb ki, Azərbaycan iqtisadi dayanıqlığa əsaslanan ölkədir: “Ölkədə insan hüquq və azadlıqları təmin edilib”. O bildirib ki, Azərbaycanda korrupsiyaya qarşı ciddi mübarizə aparılır.
Prezidentin köməkçisi xatırladıb ki, ölkədə bir sıra sosial layihələr həyata keçirilib.