Yuxarı

Prezidentin köməkçisi: “Azərbaycana qarşı kampaniya aparanları bu yoldan çəkilməyə çağırırıq”

“Ölkəmizdə siyasi məhbus yoxdur”

Bakı.11 iyun. REPORT.AZ/ “Bəzi Qərb dairələri tərəfindən Azərbaycan əleyhinə “siyasi məhbus” mövzusunda tez-tez bəyanatlar verilir. Söz, mətbuat azadlığı ilə bağlı məsələlər gündəmə gətirilir, iddia olunur ki, Azərbaycanda söz azadlığı yoxdur. Azərbayan 15 ilə yaxındır Avropa Şurasının üzvüdür. Bu da o deməkdir ki, Azərbaycan məhkəmələri kimi qane etmirsə, Avropa Məhkəməsinə müraciət edə bilər” .

“Report”un məlumatına görə, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Bakıda keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, hazırda Azərbaycanda siyasi məhbus yoxdur: “Qərb dairələrinin müdafiə etdikləri bəzi şəxslər konkret maddələrlə ittiham olunurlar. Azərbaycan hüquqi dövlətdir. Tam siyasi fəaliyyət azadlığı mövcuddur. Ölkədə 55 siyasi partiya var, Avropanın bəzi dairələri tərəfindən deyilən Azərbaycanda “siyasi məhbus var, ölkədə mətbuat azadlığı mövcud deyil” fikirləri yanlışdır”.

Ə.Həsənov qeyd edib ki, bəzi Qərb dairələri idmanı siyasiləşdirməyə çalışırlar: “Bizdə də belə faktlar mövcuddur ki, Azərbaycanın yürütdüyü siyasətə subyektiv yanaşaraq onu başqa istiqamətə yönəldən qüvvələr var. Bunu ayrı-ayrı beynəlxalq təşkilatların fəaliyyətində müşahidə edirik.

Biz müstəqil şəkildə öz yolumuzla getməyə, əməllərimizin mahiyyətini dünyaya çatdırmağa çalışırıq. Təəssüflər olsun ki, Azərbaycana qarşı kampaniya aparılır. Bununla bağlı bizdə faktlar var. Biz bundan təəssüflənirik, onları bu yoldan çəkilməyə çağırırıq”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi