Prezidentə yazırlar: "Sizi "Azərbaycanın Milli Qəhrəmanı" kimi görmək istəyirik"

Prezidentə yazırlar: "Sizi "Azərbaycanın Milli Qəhrəmanı" kimi görmək istəyirik" Azərbaycan vətəndaşlarından, xaricdə yaşayan soydaşlarımızdan, eləcə də qardaş Türkiyənin vətəndaşlarından Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə məktublar gəlməkdə davam edir.
Daxili siyasət
436
22 Dekabr , 2020 10:06
Prezidentə yazırlar: Sizi Azərbaycanın Milli Qəhrəmanı kimi görmək istəyirik
İlham Əliyev

Azərbaycan vətəndaşlarından, xaricdə yaşayan soydaşlarımızdan, eləcə də qardaş Türkiyənin vətəndaşlarından Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə məktublar gəlməkdə davam edir. Onlar Vətən müharibəsində qazandığımız tarixi Zəfərə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər.

"Report" məktublardan bəzilərini təqdim edir:

"Siz ata-baba torpaqlarınızda qəhrəmanlıq dastanı yazırsınız"

Raşit İşcandan, Karaman, Türkiyə: "Hörmətli cənab Prezidentimiz İlham Əliyev. Mən Türkiyənin Karaman şəhərindəki Mərkəzi İmam Hatip Liseyinin şagirdiyəm. Azərbaycanı çox sevirəm. Bu sevgimi bildirmək, Azərbaycan Ordusuna dəstəyimi ifadə etmək üçün gündəlik xərcliyimdən topladığım 1000 türk lirəsini Silahlı Qüvvələr Fonduna göndərmişəm. Sizlər orada Vətən torpağı üçün canla-başla mübarizə apararkən topladığım pulu xərcləməyi özümə halal bilmərəm və bununla tarixi mübarizənizdə az da olsa payımın olmasını istəyirəm. Mənim Azərbaycana olan sevgimi, səmimi hisslərimi qəbul edin. Siz ata-baba torpaqlarınızda qəhrəmanlıq dastanı yazırsınız. Rəbbim Sizə və şanlı Ordunuza zəfərlər nəsib etsin. Qəlbim və dualarım daim Sizinlədir. İnşallah, imkan olanda Azərbaycanı ziyarət edəcəyəm, ikinci Vətənimlə bağlı xəyallarımı həyata keçirəcəyəm. Siz də yəqin ki, gələcəkdə gözəl Türkiyəmizə səfər edəcəksiniz. Fürsət və qismət olarsa, türk və İslam dünyasının iki güclü Liderini ziyarət edib əllərinizdən öpmək arzumdur. Sizi və can Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm. Bu haqq savaşınızda Allah yar və yardımçınız olsun. Mən Azərbaycan Ordusuna hər zaman kömək etməyə hazıram".

"Erməni terrorçuları tərəfindən işğal olunmuş torpaqlarımızı azad etməklə Siz bütün türklərin başını göylərə qaldırdınız"

Veysel Barkan İpəkdən, Antalya, Türkiyə: "Cənab Müzəffər Ali Baş Komandanım.
Erməni terrorçuları tərəfindən işğal olunmuş torpaqlarımızı azad etməklə Siz bütün türklərin başını göylərə qaldırdınız. Türkiyədə yaşayan hər bir insan Sizin möhtəşəm Qələbənizə, Azərbaycan Ordusunun və Azərbaycan xalqının Zəfərinə ürəkdən sevinir. Torpaqlarımızın azadlığı yolunda şəhid olan əsgərlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa, ailələrinə isə səbr diləyirik. Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan Ordusu! Yaşasın türk milləti! Yaşasın Müzəffər Ali Baş Komandanımız İlham Əliyev!".

"Cənab Prezident, bu tarixi Zəfər bayramını bizə yaşatdığınız üçün Sizə sonsuz minnətdarlığımızı bildiririk"

Valeh Abdullayevdən, Ağdam, Azərbaycan: "Möhtərəm Prezident, cənab Müzəffər Ali Baş komandan. Siz bizə ən xoş günlərimizi, ən xoş arzularımızı Cəbrayılın, Zəngilanın, Xocalının, Füzulinin, Xocavəndin, Ağdamın, Ağdərənin, Xankəndinin, Kəlbəcərin, Laçının, Azərbaycanın döyünən ürəyi olan Şuşanın işğaldan azad edilməsi və Qələbəmizin təmin olunması xəbərlərini bizə çatdırmaqla yaşatdınız, 27 illik Vətən həsrətimizə son qoydunuz. Dünyaya göz açdığım doğma Ağdamın Güllücə kəndinə qaydacağımız gün yaxındadır. Bu tarixi Zəfər bayramını bizə yaşatdığınız üçün Sizə sonsuz minnətdarlığımızı bildiririk, cənab Prezident! Uca Tanrı Sizə yar olsun! Eşq olsun Müzəffər Ali Baş Komandanımıza! Yaşasın rəşadətli Ordumuz!".

"İnanıram ki, Siz cənnət Qarabağımızı yaxın gələcəkdə gülüstana çevirəcəksiniz"

Elcan Mirzəyevdən, Şuşa, Azərbaycan: "Cənab Ali Baş Komandan. Hazırda Azərbaycan xalqı tarixinin ən gözəl günlərini yaşayır. Mən özüm də əslən Şuşa rayonundanam Bizə bu sevinci yaşatdığınız üçün Sizə təşəkkür edirəm. Siz Azərbaycan tarixinə adınızı qızıl hərflərlə yazdıdınız. Vətənim Şuşa şəhəri Sizin sayənizdə azadlığa qovuşdu. Sizin 17 illik hakimiyyətiniz müddətində Azərbaycan böyük inkişaf yolu keçib, regionda iri iqtisadi layihələr reallaşdıraraq dünyada söz sahibinə çevrilib. Hazırda Azərbaycan inkişafına görə Avropa ölkələri ilə müqayisə ediləcək səviyyədədir. Həmçinin əhalinin rifahı yüksəlib, ölkəmizdə turizm sahəsi inkişaf edib. Eyni zamanda, Azərbaycan beynəlxalq idman yarışlarına ev sahibliyi edir. Ölkəmizi dünyanda tanıtdığınız üçün Sizə dərin minnətdarlığımı bildirirəm. İnanıram ki, Sizin rəhbərliyinizlə Azərbaycan daha da inkişaf edəcək və yaxın zamanda dünyanın super gücünə çevriləcək.
Siz xalqımızın xoşbəxtliyində çox böyük rol oynamışınız. İnanıram ki, Siz cənnət Qarabağımızı yaxın gələcəkdə gülüstana çevirəcəksiniz. Sizə gələcək fəaliyyətinizdə uğurlar arzu edirəm".

İlham Əliyev
İlham Əliyev

"Bu Qələbə Sizin müdrik siyasətinizin, gecə-gündüz əzmlə çalışmağınızın nəticəsidir"

Əzizxan Hüseynovdan, İmişli, Azərbaycan: "Hörmətli cənab Prezident. Bütün Azərbaycan vətəndaşları kimi, mən və ailə üzvlərim də Sizə və Mehriban xanıma cansağlığı, yenilməz, müzəffər Ordumuza Qələbə uğurları arzulayırıq. Qoy, Ulu tanrı xalqımıza kömək olsun!
Şükür Allaha ki, Ordumuz qanı ilə, canı ilə tarixi Qələbəni qazandı. Mümkün qədər az itki ilə qazanılmış bu Qələbə Sizin müdrik siyasətinizin, gecə-gündüz əzmlə çalışmağınızın nəticəsidir. Sizə edilən bütün xoş alqış və dualar halaldır. Allah Sizi qorusun. Azərbaycan Respublikasının Prezidenti kimi Sizinlə fəxr edirik".

"Cənab Prezident, Sizi "Azərbaycanın Milli Qəhrəmanı" kimi görmək istəyirik"

Mikayıl Qeybullayevdən, Şəki, Azərbaycan: "Hörmətli Prezident, cənab Ali Baş Komandan.
Bu gün bütün Azərbaycan qürur hissi ilə Sizin müdrikliyinizdən, uzaq gələcəyə yönələn tədbirlərinizdən və bütün bunların uğurlu nəticəsi olaraq erməni faşizmi üzərində parlaq Qələbənizdən, əzəli topaqlarımızın azad edilməsindən danışır. Bizim Zəfərimiz bütün dünyanı silkələmiş, mat vəziyyətinə salmışdır. Qısa müddət ərzində "dəmir yumruq" mənfur düşmənin başını elə əzmişdir ki, o, uzun müddət özünə gələ bilməyəcək. Cənab Prezident, Siz öz bacarığınız, mətinliyiniz, dönməzliyiniz və ən əsası, torpaqlarımızın düşmən tapdağından qurtulması məqsədilə çoxmillətli Azərbaycan xalqını birləşdirməyə nail oldunuz. Müharibə dövründə 30-dan çox xarici informasiya kanalına verdiyiniz dolğun müsahibələrinizlə Siz sübut etdiniz ki, Ulu Öndər məktəbinin yetirməsisiniz. Səbriniz, iradəniz, sualları cavablandırmaq tərziniz, diplomatiyanız "prokuror" kimi sorğu-sual edənləri şoka salmışdı. Onlar şərtlə gəlib suyu süzülə-süzülə qayıtdılar. Bu, milyonlarla insanın Azərbaycan, münaqişə haqqında fikirlərinin dəyişməsinə, bəzi ölkə başçılarının utancına səbəb oldu. Dünyanın hər yerində milyonlarla insan Sizi öz kumirinə çevirdi, çalışdı ki, mədəniyyəti, hazırcavablılığı, savadı ilə Sizə oxşasın, Sizi təlqin etsin. Hörmətli cənab Prezident, biz Sizi "Azərbaycan Milli Qəhrəmanı" və ən yüksək hərbi vəzifə daşıyan insan kimi görmək istəyirik. Siz buna layiq Vətən oğlusunuz! Yaşasın Müzəffər Odumuz! Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!"

"Sizin uzaqgörən siyasətiniz nəticəsində Qarabağ torpaqları düşmən işğalından azad edildi"

Sənəm Məmmədovadan, Ağsu, Azərbaycan: "Hörmətli cənab Prezident. Sizin uzaqgörən siyasətiniz nəticəsində Qarabağ torpaqları düşmən işğalından azad edildi. Buna görə Sizə dərin təşəkkürümü bildirirəm. Allah ulu öndərimiz Heydər Əliyevə rəhmət eləsin, Sizin kimi cəsur və dərin zəkalı savadlı övlad yetişdirib. Əziz Prezidentimiz, Sizə möhkəm cansağlığı arzulayıram. Sizinlə fəxr edirik. Qarabağ Azərbaycandır!".

"Qarabağ münaqişəsini birdəfəlik həll etdiyiniz üçün Sizə minnətdarıq".

Gülnar Əlizadədən, Şəki, Azərbaycan: "Cənab Müzəffər Ali Baş Komandan. Qarabağ münaqişəsini birdəfəlik həll etdiyiniz üçün Sizə minnətdarlığımı bildirirəm. Siz böyük, yorulmaz səylər göstərməsəydiniz, hazırda Qarabağ yenə mənfur düşmənin tapdağı altında olardı.
Cənab Prezident, arzu edirəm ki, Siz daim Azərbaycan Respublikasının Ali Baş Komandanı olasınız. Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!".

İlham Əliyev
İlham Əliyev

"Cənab Prezident, 44 günlük müharibə bütün dünyaya Sizin necə müdrik siyasi xadim, diplomat və güclü sərkərdə olduğunuzu bir daha göstərdi"

Vüsalə Hacıyevadan, Sumqayıt, Azərbaycan: "Möhtərəm cənab Prezident.
İcazə verin, möhtəşəm Qələbə münasibətilə Sizə dərin minnətdarlığımı bildirim. Siz təqvimdəki işğal günlərini ləğv edib, bizə Zəfər Günü yaşatdınız. Mənim uşaqlığım doğma Qubadlıda, Cəbrayılda keçib. Lakin uzun illər idi ki, işğal altında olan ata-baba yurdlarımıza həsrət qalmışdıq. Buna baxmayaraq, hər zaman ürəyimizdə bir inam var idi ki, Ali Baş Komandanımız mütləq torpaqlarımızı işğaldan azad edəcək. Həmin gün nəhayət ki, gəlib yetişdi. Şükür Allaha ki, bu günləri yaşamaq bizə nəsib oldu. Çox xoşbəxtəm ki, səs verdiyim, dəstəklədiyim, qəlbən inandığım Prezident işğal altında olan bütün torpaqlarımızı azad etdi. Cənab Prezident, 44 günlük müharibə bütün dünyaya Sizin necə müdrik siyasi xadim, diplomat və güclü sərkərdə olduğunuzu, müzəffər Ordu qurduğunuzu bir daha göstərdi. Sizin televiziya vasitəsilə etdiyiniz bütün çıxışları ailəlikcə sevə-sevə dinlədik və paylaşdıq, Sizinlə hər zaman qürur duyduq və bir an belə ümidsizliyə qapılmadıq. Siz təkcə torpaqlarımızı deyil, bizim uşaqlıq xatirələrimizi işğaldan azad etdiniz. İndi mən Cəbrayılda, Qubadlıda babalarımın evlərini ziyarət edəcəyim, o yerləri bir də görəcəyim günü səbirsizliklə gözləyirəm. Bu xoşbəxtliyi bizə nəsib etdiyiniz üçün Sizə sonsuz minnətdarlığımı bildirirəm. Sizin rəhbərlik etdiyiniz ölkədə yaşadığım üçün çox xoşbəxtəm. Allah hər zaman Sizə kömək olsun".

"Cənab Prezident, Xalqla olan birliyiniz Sizin Zəfər yolunuza işıq saldı"

Mədinə İbadovadan, Şirvan, Azərbaycan: "Cənab Ali Baş Komandan. Bu gün bütün Azərbaycan xalqı Sizin komandanlığınız altında gerçəkləşən tarixi Zəfərin qürurunu yaşayır. Siz bu qələbənizlə min illərə söykənən tariximizdə hər sətiri qızıl hərflərlə yazılan yeni səhifə yaratdınız. Gücümüzü bütün dünyaya nümayiş etdirdiniz. 30 ilə yaxındır azadlıq həsrəti ilə çırpınan Qarabağımızda qaldırdığınız Zəfər Bayrağı bizim hər birimizin qürur mənbəyidir.
Möhtərəm cənab Prezident, hər bir vətəndaşımız bu müqəddəs amal uğrunda apardığınız haqq mübarizəsində Sizin ətrafınızda bir yumruq kimi birləşərək, Sizinlə birgə addımladı və bundan sonra da addımlayacaq. Xalqla olan birliyiniz Sizin Zəfər yolunuza işıq saldı.Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhadətə yüksələn şəhid övladlarımızın ailələrinə, qazilərimizə göstərdiyiniz hərtərəfli diqqət və qayğı Sizin ölkəmizin hər bir vətəndaşına verdiyiniz ali dəyərin təzahürüdür. Biz Sizinlə fəxr edirik. Var olun, cənab Ali Baş Komandan!"

Son xəbərlər

Orphus sistemi