Prezident Zakir Qaralovu 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib

Prezident Zakir Qaralovu 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib Bakı. 28 sentyabr. REPORT.AZ/ Prezident İlham Əliyevin Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncamında Baş prokuror Zakir Qaralovun da adı var.
Daxili siyasət
28 Sentyabr , 2018 15:23
Prezident Zakir Qaralovu 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib
Baş prokuror Zakir Qaralov / Report

Bakı. 28 sentyabr. REPORT.AZ/ Prezident İlham Əliyevin Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncamında Baş prokuror Zakir Qaralovun da adı var.

"Report" xəbər verir ki, Prezidentin sərəncamına əsasən, Baş prokuror Zakir Qaralov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb.

Qeyd edək ki, sərəncamla həmçinin dörd nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə”, yeddi nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 7 nəfər “Tərəqqi”, 24 nəfər “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunub.

Xatırladaq ki, oktyabrın 1-i Azərbaycanda prokurorluq işçilərinin peşə bayramıdır. 

Son xəbərlər

Orphus sistemi