Prezident yeni nəsil şəxsiyyət vəsiqələrinin veriləcəyi vaxtın dəyişdirilməsini nəzərdə tutan qanunu imzalayıb

Prezident yeni nəsil şəxsiyyət vəsiqələrinin veriləcəyi vaxtın dəyişdirilməsini nəzərdə tutan qanunu imzalayıb Yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə bu il sentyabrın 1-də başlanılacaq
Daxili siyasət
17 İyul , 2018 10:58
Prezident yeni nəsil şəxsiyyət vəsiqələrinin veriləcəyi vaxtın dəyişdirilməsini nəzərdə tutan qanunu imzalayıb

Bakı. 17 iyul. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi müddətləri ilə əlaqədar bəzi qanunlarda dəyişikliklər edilməsi haqqında qanunu imzalayıb.

“Report”un xəbər verir ki, sənədə əsasən, yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə bu il sentyabrın 1-də başlanılacaq.

Bundan əvvəl şəxsiyyət vəsiqələrinin 2019-cu ilin yanvarın 1-dən verilməsi planlaşdırılırdı.

Qeyd edək ki, yeni nəsil şəxsiyyət vəsiqələri təhlükəsizlik nöqteyi-nəzərdən köhnə vəsiqələrdən daha üstün olacaq. Bu vəsiqələrə vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, habelə şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcı (çip) yerləşdiriləcək. Bu vəsiqələr digər ölkələrin müvafiq orqanları ilə biometrik informasiya mübadiləsinin tənzimlənməsində müstəsna əhəmiyyət kəsb edəcək.

Son xəbərlər

Orphus sistemi