Prezident yaşayış minimumu haqqında qanunu imzaladı

Prezident yaşayış minimumu haqqında qanunu imzaladı Prezident İlham Əliyev "Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında" qanunu imzalayıb.
Daxili siyasət
3670
31 Dekabr , 2020 12:21
Prezident yaşayış minimumu haqqında qanunu imzaladı
İlham Əliyev

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında" qanunu imzalayıb.

"Report" xəbər verir ki, sənədə əsasən, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği müəyyənləşib.

Belə ki, 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilib.

Qanun 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.

Son xəbərlər

Orphus sistemi