Əli Əhmədov: Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət ölkəni inkişafa aparır

Əli Əhmədov: Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət ölkəni inkişafa aparır 10 il ərzində Azərbaycanın iqtisadiyyatı xeyli inkişaf edib
Daxili siyasət
24 Dekabr , 2014 12:48
Əli Əhmədov: Prezident  İlham Əliyev tərəfindən həyata keçirilən siyasət ölkəni inkişafa aparır

Bakı. 24 dekabr. REPORT.AZ/ Yeni Azərbaycan Partiyası “İnkişafın 10 ili - 2004-2014” adlı tədbir keçirib. “Report”un məlumatına görə, YAP-ın sədr müavini, icra katibi, Baş nazirin müavini Əli Əhmədov çıxışında deyib ki, bu gün çox əlamətdar günə təsadüf edir, ölkə Prezidenti İlham Əliyevin doğum günüdür: “Partiyamızın sədri, prezident İlham Əliyevi təbrik edirəm, ona möhkəm can sağlığı arzu edirəm. Bu illər ərzində insanların həyatı dəyişib. Onun Azərbaycana rəhbərlik etdiyi dönəmdə ölkə çox inkişaf edib. 10 il - qısa müddət ərzində Azərbaycanın iqtisadiyyatı xeyli inkişaf edib. Bu illər ərzində ölkədə həyat xeyli dəyişib. İnsanların həyat səviyyəsinin artması ilə yanaşı, insanlar yeniləşib. Bu dəyişiklik həm də insanların düşüncəsində də baş verib”.

O deyib ki, irəliləyiş təkcə daxildə deyil, həm də beynəlxalq arenada da hiss olunur: “Azərbaycanın möhtəşəm inkişafı beynəlxalq əhəmiyyətini də artırır. Bildiyiniz kimi, Azərbaycan BMT kimi nüfuzlu təşkilatda təmsil olunur. Azərbaycan regional müstəvidə də nüfuza malikdir. Azərbaycan sözün həqiqi mənasında, ciddi regional əhəmiyyətə malikdir. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət ölkəni inkişafa aparır. Bunu duymaq qürur hissi yaradır”.

Sonra çıxış edən iqtisadi inkişaf naziri Şahin Mustafayev Prezident İlham Əliyevə təbriklərini ünvanlayıb. O, İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dönəmdə nazirliyin gördüyü işlərlə bağlı məlumat verib.

Son xəbərlər

Orphus sistemi