Prezident Şəmkirdə yol tikintisinə 4,8 milyon manat ayırıb

Prezident Şəmkirdə yol tikintisinə 4,8 milyon manat ayırıb Bakı. 4 sentyabr. REPORT.AZ/ Prezident İlham Əliyev sentyabrın 4-də “Şəmkir rayonunun Şəmkir–Abbaslı–Nərimanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.
Daxili siyasət
4 sentyabr 2018 14:08
Prezident Şəmkirdə yol tikintisinə 4,8 milyon manat ayırıb

Bakı. 4 sentyabr. REPORT.AZ/ Prezident İlham Əliyev sentyabrın 4-də “Şəmkir rayonunun Şəmkir–Abbaslı–Nərimanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

"Report" xəbər verir ki, yetmiş bir min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Şəmkir–Abbaslı–Nərimanlı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Son xəbərlər

Orphus sistemi