Prezident şəhid Çingiz Qurbanova “Azərbaycanın Milli Qəhrəmanı” adını verib

Prezident şəhid Çingiz Qurbanova “Azərbaycanın Milli Qəhrəmanı” adını verib Azərbaycan Prezidenti sərəncam imzalayıb
Daxili siyasət
7 Fevral , 2017 17:11
Prezident şəhid Çingiz Qurbanova “Azərbaycanın Milli Qəhrəmanı” adını verib

Bakı. 7 fevral. REPORT.AZ/ Prezident İlham Əliyev şəhid Çingiz Qurbanova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi haqqında sərəncam imzalayıb.

“Report” xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Salman oğlu Qurbanova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib (ölümündən sonra).

Qeyd edək ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin səyi nəticəsində Çingiz Qurbanovun nəşi fevralın 5-də Azərbaycana geri qaytarılıb.

Azərbaycan Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprşik və Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə hərbi qulluqçunun meyitinin geri alınması prosesi Qazax rayonunun Bala Cəfərli kəndi istiqamətində baş tutub.

Dünən, fevralın 6-da Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində şəhidlə vida mərasimi keçirilib. Şəhid Çingiz Qurbanov Qusar rayonundakı şəhidlər xiyabanında torpağa tapşırılıb.

Son xəbərlər

Orphus sistemi