Prezident seçkilərinə hazırlığa fevralın 10-da start veriləcək

Prezident seçkilərinə hazırlığa fevralın 10-da start veriləcək Bakı. 5 fevral. REPORT.AZ/ Azərbaycanda Prezident seçkilərinə hazırlığa fevralın 10-da start veriləcək.
Daxili siyasət
5 Fevral , 2018 11:51
Prezident seçkilərinə hazırlığa fevralın 10-da start veriləcək

Bakı. 5 fevral. REPORT.AZ/ Azərbaycanda Prezident seçkilərinə hazırlığa fevralın 10-da start veriləcək.

“Report” xəbər verir ki, Seçki Məcəlləsinin 179-cu (Növbədənkənar Prezident seçkilərinin keçirilməsi) maddəsinə əsasən, növbədənkənar prezident seçkiləri ilə bağlı qərar qəbul edildiyi gündən başlayaraq bir həftədən gec olmayaraq seçkilər Mərkəzi Seçki Komissiyası tərəfindən çərşənbə gününə təyin edilir və 2 ay ərzində keçirilir.

Qeyd edək ki, Prezident İlham Əliyev “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncamla Mərkəzi Seçki Komissiyasına (MSK) növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi